2025-ci ildə müəyyən olunmuş siyasi çərçivə Cənubi Qafqazda mühüm transformasiya başladıb. Azərbaycan ilə Ermənistan arasında münaqişə riskinin nəzərəçarpacaq dərəcədə azalması, birbaşa təmasların intensivləşməsi, sülh müqaviləsinin mətni üzrə razılığın əldə olunması və nəqliyyat əlaqələrinin yenidən gündəmə gəlməsi prosesin ən konkret nailiyyətləri sırasındadır.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında türk ekspert Zeynep Gizem Özpınar deyib.
Onun fikrincə, xüsusilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqənin Ermənistan üzərindən bərpa edilməsinə yönəlmiş iradənin möhkəmlənməsi məsələnin təhlükəsizlik "oxundan" çıxaraq iqtisadi və geopolitik əməkdaşlıq müstəvisinə keçməsi baxımından əhəmiyyətlidir.
Ötən 1 ilin münaqişə dövründən normallaşma və regional inteqrasiya dövrünə keçidin təsisatlanmağa başladığı keçid mərhələsi olduğunu diqqətə çatdıran ekspert deyib:
"Prosesin ən mühüm strateji nəticələrindən biri də Cənubi Qafqazın geoiqtisadi dəyərinin yenidən ön plana çıxmasıdır. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqənin reallaşdırılması Orta Dəhlizin imkanlarını artıraraq Xəzər üzərindən Mərkəzi Asiyaya uzanan ticarət və nəqliyyat xətlərinin güclənməsinə töhfə verə bilər. Bu səbəbdən baş verənlər həm Azərbaycan-Ermənistan münasibətləri kontekstində, həm də regionun daha geniş nəqliyyat və iqtisadi inteqrasiya arxitekturasının bir hissəsi kimi qiymətləndirilməlidir".
Prosesin siyasi və strateji baxımdan müsbət, lakin hələ tamamlanmamış bir mənzərə ortaya qoyduğunu vurğulayan Zeynep Gizem Özpınar bildirib:
"Ən mühüm nailiyyət Cənubi Qafqazda münaqişəyönümlü vəziyyətdən sülh, nəqliyyat və iqtisadi əməkdaşlıqyönümlü yeni bir nizama keçid ehtimalının güclənməsidir. Bundan sonrakı uğur isə bu siyasi iradənin qalıcı sülhə, işlək nəqliyyat xətlərinə və regional aktorların mənimsədiyi davamlı əməkdaşlıq nizamına çevrilməsindən asılı olacaq".
Bizim.Media

- A-
- A
- A+
Region
03:41 / 11.08.2026
Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi dəyəri yenidən ön plana çıxıb
Hazırda oxunan: Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi dəyəri yenidən ön plana çıxıb
Hazırda oxunan: Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi dəyəri yenidən ön plana çıxıb
630398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































