Ərdoğan: Bu dialoq Türkiyənin Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirəcək

Hazırda oxunan: Ərdoğan: Bu dialoq Türkiyənin Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirəcək

630386

Ankara və Vyananın strateji əməkdaşlığı Orta Dəhlizin inkişafına töhfə verə bilər.

Bizim.Media  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avstriyanın federal kansleri Kristian Ştokerlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyənin dövlət başçısı yaşıl enerji, yüksək texnologiyalar, nəqliyyat və müdafiə sənayesi sahələrində Avstriya ilə əməkdaşlığın istifadə olunmamış potensialına diqqət çəkib.

Onun sözlərinə görə, iki ölkə arasında dialoq Türkiyənin Avropa İttifaqı ilə əlaqələrinin dərinləşməsinə də kömək edir.
 

“Avropa İttifaqının Gömrük İttifaqının yenilənməsi və Türkiyə ilə vizasız rejimin sadələşdirilməsi istiqamətində atacağı addımlar bütün tərəflərin maraqlarına cavab verə bilər”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.


Türkiyə Prezidenti, həmçinin Avstriyanın Suriyanın bərpası prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin