İranda hərbi vəzifələrə yeni təyinatlar həyata keçirilib.
Bizim.Media xəbər verir ki, İranın Ali rəhbəri Müctəba Xamenei bununla bağlı fərman imzalayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, briqada generalı Keyumers Heydəri isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.
Bundan başqa, Əhməd Vahidi general-mayor rütbəsi almaqla, SEPAH-ın baş komandanı vəzifəsinə yüksəlib. Mustafa İzədi isə onun müavini olacaq.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı Əli Əzmaiyə, "Bəsic"in rəhbərliyi isə Hüseyn Taibə həvalə edilib.
Xatırladaq ki, Əhməd Vahidi martın 1-dən SEPAH-ın komandanı vəzifəsini icra edir.
Hüseyn Taib İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Bəsic" təşkilatının rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, "Bəsic" SEPAH-ın hərbiləşdirilmiş könüllü milis təşkilatıdır.
Bizim.Media

- A-
- A
- A+
Region
20:38 / 10.08.2026
Xameneidən yeni TƏYİNATLAR
Hazırda oxunan: Xameneidən yeni TƏYİNATLAR
Hazırda oxunan: Xameneidən yeni TƏYİNATLAR
630377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































