Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Hazırda oxunan: Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

630062

Türkiyə inventarındakı bəzi ağır silah sistemlərini Ukraynaya təhvil vermək üçün ABŞ-dan yenidən ixrac icazəsi istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Defenceturk” saytı məlumat yayıb.

ABŞ Konqresinin 6 avqust 2026-cı il tarixli rəsmi qeydlərinə görə, Ankara Ukraynaya 12 M270 reaktiv yayılım atəş sistemi, 70 ATACMS raketi, 47 min 203 mm DPICM top mərmisi və 2524 ədəd M26 raketi göndərməyi planlaşdırır.

Sənəddə Türkiyənin köhnə sistemləri inventardan çıxararaq maliyyə resurslarını modernləşdirməyə yönəltmək istədiyi bildirilir.

Transfer MKE, ASFAT və ARCA Savunma ilə yanaşı ABŞ və Bolqarıstan şirkətləri vasitəsilə həyata keçiriləcək.

Məlumata görə, ABŞ Dövlət Departamenti ümumi ilkin dəyəri təxminən 283 milyon dollar olan hərbi vasitələrin transferinə hazır olduğunu Konqresə bildirib. Təhvil prosesi 30 günlük qanuni bildiriş müddəti başa çatdıqdan sonra başlaya bilər. (apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin