İran Şimali Koreyadan silah aldığını açıqladı

Hazırda oxunan: İran Şimali Koreyadan silah aldığını açıqladı

630057

İran ABŞ ilə İsrailin hücumları zamanı Suriya və Şimali Koreyadan silah tədarük edib.

Bizim.Media "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanının müavini, "Əbubəkr" ləqəbi ilə tanınan briqada generalı Məhəmməd Rza Fəllahzadə deyib.

"Müharibənin ilk günlərində ölkə rəsmiləri müdafiə ehtiyaclarını qarşılamaq üçün Suriya, Şimali Koreya kimi ölkələrə səfər edib və silah gətiriblər", - o bildirib.

SEPAH rəsmisinin sözlərinə görə, hazırda İran ordusu aerokosmik, dəniz, daxili təhlükəsizlik, müasir hərbi texnika və silahların istehsalı sahələrində irəliləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin