2008-ci ilin avqustunda Rusiya ilə baş vermiş müharibə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, Gürcüstanın bütün inzibati binalarında və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.
Bizim.Media bu barədə “newsgeorgia.ge” portalına istinadla xəbər verir.
Xəbərdə qeyd olunub ki, şənbə günü ölkə boyu hakimiyyət orqanları tərəfindən təşkil olunmuş anım tədbirləri keçiriləcək.
Baş nazir İrakli Kobaxidze və "Gürcü Arzusu" partiyasının digər nümayəndələri Muxatqverdi qardaşlıq qəbiristanlığına əklillər qoyacaqlar. Müxalifət nümayəndələri isə həlak olanların xatirəsini bir gün əvvəl yad ediblər.
Avqustun 7-də isə Tbilisidə "Qəhrəmanları unutmuruq, düşməni tanıyırıq" şüarı altında yürüş keçirilib. Yüzlərlə iştirakçı müharibə zamanı həlak olmuş gürcü hərbçilərinin adları yazılmış lövhələrlə Filarmoniya binasından Qəhrəmanlar meydanına qədər yürüyüblər. Aksiya həlak olanların xatirəsinə oxunan dua ilə başa çatıb.
Qeyd edək ki, bu gün 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin başlamasından 18 il ötür.
Bizim.Media



































































































