Diqqətlər Ankarada: Ərdoğan-Tramp görüşünün vaxtı açıqlandı

Hazırda oxunan: Diqqətlər Ankarada: Ərdoğan-Tramp görüşünün vaxtı açıqlandı

623698

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya 32 üzv ölkənin iştirakı ilə keçiriləcək zirvə toplantısında dövlət və hökumət başçılarını qəbul edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Ukraynadakı vəziyyət və alyansın cənubunda son dövrdə baş verən hadisələrin müzakirə ediləcəyi zirvə toplantısında, NATO üzvü olan 32 ölkənin dövlət və hökumət başçıları ilə yanaşı, 100-ə yaxın nazir, çox sayda yüksəksəviyyəli diplomat və beynəlxalq təşkilat nümayəndələri iştirak edəcək", - məlumatda bildirilib.

Qeyd olunub ki, Ərdoğanın bu gün bəzi liderlərlə ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Bu çərçivədə saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Kanadanın Baş naziri Mark Karni, saat 12:30-da (13:30) isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşəcək.

Ərdoğan saat 15:00-da (16:00) ABŞ Prezidenti Donald Trampı rəsmi mərasimlə qarşılayacaq.

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, saat 19:30-da (20:30) dövlət və hökumət başçıları ilə onların həyat yoldaşlarının şərəfinə ziyafət verəcək.

Xatırladaq ki, Ankaradakı NATO sammitinin təhlükəsizliyi üçün 48 mindən çox polis səfərbər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin