Əksər evlərdə var – Satanı 4 min manat CƏRİMƏ GÖZLƏYİR

Hazırda oxunan: Əksər evlərdə var – Satanı 4 min manat CƏRİMƏ GÖZLƏYİR

623584

İyulun 1-dən Azərbaycanda müəyyən gücə malik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Məhdudiyyət “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun tələblərinə əsasən tətbiq olunur. Qadağa dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədi ilə istifadə olunan 25 vattdan (25 vatt daxil olmaqla) 60 vatta qədər gücə malik elektrik közərmə lampalarına şamil edilir.

Qanuna əsasən, istehsal proseslərində istifadə olunan və işıqlandırma məqsədi daşımayan xüsusi təyinatlı lampalar bu məhdudiyyətə daxil deyil.

Qeyd edək ki, 2026-cı il yanvarın 1-dən etibarən 60 vatt və daha yüksək gücə malik közərmə lampalarının idxalı və satışı ilə bağlı da mərhələli məhdudiyyətlər tətbiq olunmağa başlanıb.

Yeni qaydaların əsas məqsədi enerji səmərəliliyinin artırılması və daha qənaətli işıqlandırma texnologiyalarından istifadənin genişləndirilməsidir.

Qərar enerji enerjiliyi və ekoloji tələblər əldə edilərək qəbul edilib. Qaydalarla bağlı əsas məqamlar bunlardır:

İstisna hal kimi istehsal proseslərində istifadə olunan və ya əsas işıqlandırma olmayan xüsusi təyinatlı lampalar bu qadağaya daxil deyil.

Cərimələr

Qadağaya məhəl qoymayan vəzifəli şəxslər 1 000 - 1 500 manat, hüquqi şəxslər 3 000 - 4 000 manat məbləğində vəsait əldə edə bilərlər. Təkrar tənzimləmədə bu əlavələr daha da artırılır və lampalar müsadirə edilir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu lampaların dövriyyədən çıxarılması təbiidir:

“Çünki həmin lampaların istehsalında xeyli miqdarda qiymətli metaldan - volframdan istifadə olunurdu. LED lampalarında isə həmin maddədən çox az istifadə edilir. Közərmə lampaları iqtisadi cəhətdən də səmərəli deyildi.
 

Təbii ki, isthlakçılar közərmə lampalarından çox şikayət edirdilər. Çünki közərmə lampalarının çox aşağı keyfiyyətə malik partiyaları Azərbaycana gətirilirdi. Üstəlik bizdə olan elektrik gərginliyi ilə közərmə lampaları üçün nəzərdə tutulan gərginlik arasında fərq var idi. Bu da közərmə lampalarını çox tez sıradan çıxarırdı. Ona görə də bu lampaların dövriyyədən çıxarılması normal bir haldır.


Apardığımız müşahidələrdən aydın olub ki, ticarət şəbəkələrində közərmə lampalarının sayı son vaxtlar kəskin azalıb. Demək olar ki, közərmə lampalarının 80 faizi dövriyyədən çıxarılıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin