Moskvaya son 2 ilin ən kütləvi dron hücumu - Video

Hazırda oxunan: Moskvaya son 2 ilin ən kütləvi dron hücumu - Video

623719

Rusiya Federasiyasının sərhəd bölgəsi olan Belqorod və paytaxt Moskva ötən gecə növbəti dəfə şiddətli hücumlara məruz qalıb.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Belqorodda "Qazprom"un magistral qaz kəmərlərinin istismarı üzrə filialı raket hücumuna məruz qalıb.
 

Qeyd edək ki, sözügedən müəssisə regionun qaz təchizatının fasiləsizliyini və istehlakçılara çatdırılmasını təmin edən strateji obyekt hesab olunur. Hücum nəticəsində bölgədə elektrik enerjisi və su təchizatının dayandığı bildirilir.


Eyni zamanda, Rusiya paytaxtı Moskva daha genişmiqyaslı hücumla üzləşib. Məlumata görə, şəhərə 400-dən çox pilotsuz uçuş aparatı (PUA) göndərilib. Rəsmi mənbələr Moskva yaxınlığında 36 dronun zərərsizləşdirildiyini iddia etsə də, ümumi itkilər və PUA-ların dəqiq hədəfləri barədə məlumatlar qapalı saxlanılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin