İşğal altındakı Krımda rabitə böhranı: Mobil operatorlar "fövqəladə rouminq"ə keçir

Hazırda oxunan: İşğal altındakı Krımda rabitə böhranı: Mobil operatorlar "fövqəladə rouminq"ə keçir

623717

Rusiya mediasının yaydığı məlumata görə, işğal altında olan Krım yarımadasında mobil rabitə ilə bağlı ciddi problemlər gözlənilir.

Bizim.Media xəbər verir ki, yerli mobil operatorlar yarımadada gözlənilməz kəsilmələrə qarşı "fövqəladə rouminq" rejimini aktivləşdiriblər.
 

Sözügedən sistem baza stansiyalarının sıradan çıxacağı təqdirdə abunəçilərin əlavə ödəniş etmədən digər operatorların xidmətlərindən istifadə etməsinə imkan verəcək. Maraqlıdır ki, bu təcrübə Ukraynanın əsas ərazisində artıq beş ildir tətbiq olunur.


Müşahidəçilər isə bu addımı narahatlıqla qarşılayıblar. Belə ki, Rusiya hakimiyyətinin fövqəladə vəziyyətlərdə informasiya axınını məhdudlaşdırmaq üçün rabitə kanallarını kütləvi şəkildə söndürmək təcrübəsi kifayət qədər genişdir. Bu qərarın Krımda yaranacaq hər hansı bir gərginlik zamanı əhalinin xarici dünya ilə əlaqəsinin tamamilə kəsilməsinə hazırlıq ola biləcəyi ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin