Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirill Budanov "RBK-Ukraina"ya verdiyi müsahibədə Polşa ilə münasibətlərdə gərginliyin artacağını istisna etməyib.
Bizim.Media xəbər verir ki, Budanov iyulun 11-də qeyd olunacaq Volın faciəsinin ildönümü ilə bağlı ciddi təxribatlar gözlənildiyini bildirib.
"Burada heç bir sirr yoxdur. İyulun 11-i Volın faciəsinin ildönümüdür. Əldə etdiyim məlumatlara görə, onlar (Polşa tərəfi - red.) gərginliyə aparan bir sıra addımlar hazırlayırlar. Ona görə də aydındır ki, bütün bunlar davam edəcək", - deyə Budanov vurğulayıb.
O, eyni zamanda Kiyevin heç bir tərəfdən, o cümlədən müttəfiq ölkələrdən gələn ultimatumları qəbul etməyəcəyini bəyan edib:
"Bizə ultimatum qoymağa çalışan sonuncu tərəf Rusiya Federasiyası olub. Polşada heç kəs inciməsin, Rusiya onlardan bir az daha güclüdür. Bəs nə üçün kimsə düşünür ki, biz başqa bir tərəfdən gələn tələbləri qəbul edəcəyik? Bizimlə ultimatum dilində danışmağa dəyməz".
Budanov sonda xəbərdarlıq edib ki, əgər Polşa tərəfindən qeyri-dost addımlar atılarsa, Ukrayna buna mütləq cavab verəcək: "Heç kim susub kənardan baxmayacaq".
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:13 / 07.07.2026
Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO
Hazırda oxunan: Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO
Hazırda oxunan: Ukraynadan Polşaya xəbərdarlıq: "Heç kim bizimlə ultimatumla danışa bilməz" – VİDEO
623722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































