Bakının Mərdəkan qəsəbəsində yerləşən çimərliklərdən birində bədbəxt hadisə baş verib.
Bizim.Media-nın məlumatına görə, 2010-cu il təvəllüdlü Vüsal Maarif oğlu dənizdə çimərkən batıb. Hadisənin şahidi yeniyetmənin qardaşı olub.
Məlumata görə, hazırda gəncin meyitinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Leyla Vəfadar, Bizim.Media

































































































