Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi - VİDEO

Hazırda oxunan: Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi - VİDEO

612832

Moskvada “İzmaylovoda Kreml” kompleksinin ərazisində güclü yanğın baş verib.

Bizim.Media xəbər verir ki, alov muzey kompleksinin yaxınlığında təxminən 3 min kvadratmetr sahəni əhatə edib.

İlkin məlumata görə, yanğın kompleksin yanında yerləşən kvestlərin texniki otağında başlayıb.
 

Hadisə zamanı içəridə ziyarətçilərin olduğu bildirilir. Yanğın nəticəsində ölən olmayıb. Beş nəfərin xilas edildiyi qeyd olunur.


İlkin versiyaya əsasən, yanğına qısaqapanma səbəb olub.

Qeyd edək ki, “İzmaylovoda Kreml” 1990-cı illərin sonunda inşa edilmiş, qədim rus memarlığı üslubunda hazırlanmış mədəni-əyləncə kompleksidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin