Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

Hazırda oxunan: Delsi Rodriqes: "Venesuela ABŞ-ın 51-ci ştatı olmayacaq"

612755

Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodriqes jurnalistlərə bildirib ki, ölkəsinin ABŞ-ın 51-ci ştatı olmaq kimi bir planı yoxdur. 

Bizim.Media xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, bu bəyanat Prezident Donald Trampın bu ehtimalı ciddi şəkildə nəzərdən keçirdiyi barədə sözlərinə cavab olub.

Rodriqes Haaqada, BMT-nin Beynəlxalq Məhkəməsində, mineral və neftlə zəngin geniş ərazi olan Essekibo bölgəsi ilə bağlı qonşu Qayana ilə mübahisə üzrə dinləmələrin son günündə çıxış edib.

Yanvar ayında Nikolas Maduronun devrilməsi ilə nəticələnən ABŞ hərbi əməliyyatından sonra hakimiyyətə gələn Rodriqes vurğulayıb:
 

"Biz öz bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi və tariximizi müdafiə etməyə davam edəcəyik. Venesuela müstəmləkə deyil, azad ölkədir".


Qeyd edək ki, Donald Tramp "Fox News" telekanalının efirində bildirmişdi ki, Venesuelanı ABŞ-ın 51-ci ştatı etmək imkanını ciddi şəkildə nəzərdən keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin