Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Hazırda oxunan: Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

612770

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "BakuBus" və "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətlərin ona qoşulması formasında yenidən təşkil edilməsi ölkəmizdə, xüsusilə də paytaxt Bakıda ictimai nəqliyyatın inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır.

Bizim.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov “trend.az” Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün dünyada ayrı-ayrı nəqliyyat vasitələri deyil, bütövlükdə şəhərlərin ümumi mobilliyi müzakirə olunur:

"Dünyanın aparıcı şəhərlərində 15 ildən artıqdır tətbiq olunan bu mexanizm sərnişinlərə daha əlçatan, daha koordinasiyalı, daha rahat nəqliyyatı təmin etmək məqsədi daşıyır.
 

Sərnişinlər artıq metro, avtobus, tramvay və digər nəqliyyat növlərini ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan vahid nəqliyyat şəbəkəsinin elementi kimi istifadə edəcəklər. Nəqliyyat növlərindən əldə olunan məlumatlar vahid mərkəzdə emal olunub, analiz ediləcək və data əsaslı qərarların verilməsinə xidmət edəcək. London, Paris, Berlin, Honkonq, Sinqapur kimi şəhərlərdə bu təcrübə artıq çoxdandır tətbiq olunur. Bu qərar da həmin istiqamətdə atılmış strateji bir addımdır.


Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın, əksinə, bir-birini tamamlasın. Sərnişin metrodan çıxdıqda avtobus və ya taksi dayanacağına keçid etdikdə vahid bir xidmət zəncirinin davamını hiss etməlidir.

Bu, gələcəkdə həm vahid ödəniş sisteminin, həm də vahid hərəkət qrafiklərinin tətbiqini daha da asanlaşdıracaq.

Bu fərman "BakuBus" və "Bakı Taksi" şirkətlərini əhatə edir. "BakuBus" Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. "Bakı Taksi Xidməti" isə sərnişinlərimizin "London taksisi" adlandırdığı xüsusi taksilərdən ibarətdir. Fərman bu sahəni əhatə edir. Digər marşrutlar, digər avtobus xidmətləri öz müstəqil fəaliyyətlərini davam etdirəcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin