“Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

Hazırda oxunan: “Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

612838

"Qarabağ"ın futbolçusu Emmanuel Addai İngiltərəyə yollana bilər.

Bizim.Media "The72" portalına istinadən xəbər verir ki, qanalı Çempionşipdə pley-off mərhələsinə vəsiqə qazanaraq, Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparacaq "Midlsbro" və "Hall Siti” tərəfindən yaxından izlənilir.
 

Nəşrin məlumatına görə, Addai özü də İngiltərəyə köçməkdə maraqlıdır. 24 yaşlı oyunçunun karyerasını İspaniyanın "Elçe" klubunda davam etdirmək alternativi də var.


Addainin “Qarabağ”la müqavilə müddəti bu mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, 24 yaşlı futbolçu Ağdam klubuna gələnə qədər “Bamako”(Mali), “Bobigni”(Fransa), “Alkorkon”(İspaniya) komandalarında oynamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin