İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 742 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində Qəzzada iki ölü və on yaralı xəstəxanalara gətirilib.
10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 856 nəfər həlak olub, 2463 nəfər yaralanıb və dağıntılar altından 770 nəfərin cəsədi çıxarılıb.
2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 72.742 nəfərə çatıb, 172.565 nəfər yaralanıb.
Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
04:20 / 13.05.2026
Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR
Hazırda oxunan: Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR
Hazırda oxunan: Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR
612783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































