Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

Hazırda oxunan: Atasının məzarı başında evlilik təklifi edibmiş – FOTO

612841

Türkiyəli müğənni və aktyor Emre Altuğ keçmiş həyat yoldaşı Çağla Şikel ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, Emre Altuğ münasibətlərinin başlanğıcı və evlilik təklifi barədə danışıb.

O bildirib ki, Çağla Şıkel ilə uzun müddət dost olduqdan sonra ona atasının məzarı başında evlilik təklifi edib.

Sənətçi həmin anı belə xatırlayıb:

"Çağlanın atasının ölüm ildönümündə və ya ad günündə məzarı ziyarət etməyə getmişdik. Atası sağ olanda zarafatla deyirdim ki, səndən qızını istəyəcəyəm. Məzarda ona dedim ki, səni atandan istəyəcəyimi demişdim. Sonra üzüyü verdim" .

Altuğ bildirib ki, bu addımı xüsusi səbəblə atıb:

"Ora gələndə özünü yaxşı hiss etməsini istəyirdim. Buna görə evlilik təklifini məhz orada etməyi düşündüm" .

Qeyd edək ki, 2008-2015-ci illərdə evli olan cütlüyün Uzay və Kuzey adlı iki övladı var. (Milli.Az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin