Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

Hazırda oxunan: Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

612835

Ukrayna qüvvələri Rusiyanın Orenburq vilayətində yerləşən qaz sənayesi obyektlərinə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Zelenskinin sözlərinə görə, hədəfə alınan obyektlər Ukrayna sərhədindən 1500 kilometrdən çox məsafədə yerləşir.

O bildirib ki, bu addım Rusiyanın Ukraynaya endirdiyi zərbələrə cavab olub.
 

“Ukrayna bildirirdi ki, Rusiyaya cavab olaraq güzgü prinsipi ilə hərəkət edəcəyik”, - deyə Zelenski qeyd edib.


Prezident həmçinin vurğulayıb ki, bir neçə günlük nisbi sakitlikdən sonra Rusiya yenidən Ukraynaya dronlar və aviasiya bombaları ilə hücumlar həyata keçirməyə başlayıb.

Bununla yanaşı, Kiyev müharibənin diplomatik yolla həlli üçün beynəlxalq tərəfdaşlarla işi davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin