Avropa İttifaqı Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs rejimini peyklər vasitəsilə izləməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Şurasının təhlükəsizlik məsələləri üzrə iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz həmçinin atəşkəs dövründə Aİ-nin təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üzrə iş aparırıq. Bu, Avropa Peyk Mərkəzinin gücləndirilməsini də əhatə edir ki, o, atəşkəsin monitorinqinə dəstək verə bilsin”, - Kallas qeyd edib.
O, həmçinin bildirib ki, Avropa nazirləri Aİ-nin Ukraynadakı məsləhətçi missiyasının mandatının genişləndirilməsini təsdiqləyiblər.
Bizim.Media







































































































