Mayın 12-dən etibarən 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin rus bölmələrinə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsahibə komissiyası fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, qiymətləndirmə zamanı uşağın dinlədiyini anlama bacarığı, ünsiyyət qurması və fikrini sadə formada ifadə etməsi nəzərə alınır.
Müsahibədən uğurla keçən uşaqların valideynləri şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimi edə bilərlər. Hər bir uşaq müsahibədə yalnız bir dəfə iştirak edə bilər. Müsahibə prosesi videoçəkilişlə qeydə alınır və valideynlərin iştirakına şərait yaradılır.
Nəticələr günün sonunda valideynin qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə göndərilir. (trend.az)
Bizim.Media







































































































