Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

Hazırda oxunan: Rubio Maduronun geyimində Çinə uçdu - FOTO

612842

ABŞ dövlət katibi Marko Rubionun Çin səfəri üçün seçdiyi geyim sosial şəbəkələrdə müzakirə yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə “NewsNation” yazıb.

Nəşr Rubionun geyiminin Venesuela lideri Nikolas Maduronun oğurlanmasından sonra görüntüləndiyi paltara bənzədiyini qeyd edib.
 

Rubionun “Air Force One” təyyarəsində çəkilmiş fotosunu Ağ Evin kommunikasiya direktoru Stiven Çunq “X” sosial şəbəkəsində paylaşıb.


“NewsNation” müxbiri Kelli Meyer paylaşımında bildirib ki, Ağ Evin kommunikasiya direktoru dövlət katibi Rubionun “Air Force One” göyərtəsində Maduronun oğurlanmasından sonra geyindiyi eyni idman dəstinə bənzər geyimdə fotosunu yayıb.

Qeyd olunur ki, paylaşım ABŞ Prezidenti Donald Trampın Venesuelanın ABŞ-ın 51-ci ştatı kimi ölkəyə daxil edilməsi ideyasını səsləndirdiyi müsahibədən bir gün sonra edilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin