Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Hazırda oxunan: Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

612762

Slovakiya hərbi münaqişə aparmaq və ya hər hansı bir münaqişənin tərəfi olmaq niyyətində deyil. 

Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Baş naziri Robert Fitso Bratislavada keçirilən "IDEB Defence & Security 2026" Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sənayesi Sərgisinin açılış mərasimində bəyan edib.
 

"Slovakiya birmənalı olaraq heç bir halda hər hansı hərbi münaqişə aparmaq və ya onun tərəfi olmaq fikrində olmayan dövlətdir", — deyə siyasətçi bildirib.


"IDEB Defence & Security 2026" sərgisi Bratislavanın sərgi kompleksinin ərazisində keçirilir. 

Sərgidə 17 ölkədən 250-dən çox müdafiə xarakterli texnika nümunəsi təqdim olunur. Tədbir mayın 14-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin