Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn uşaq corablarının dizaynı ilə bağlı təklif verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.
Məlumata görə, 2014-cü ildə Kim Çen İn Pxenyan corab fabrikini ziyarət edib. O, uşaqlar üçün nəzərdə tutulan corab modellərinə baxarkən rəhbər işçilərə məhsulların dizaynının yenilənməsi ilə bağlı irad bildirib.
Kim Çen İn corabların üzərində Koreya cizgi filmi “Ağıllı porsuq”un personajlarından — porsuq, pişik və ayı balasından istifadə etməyi təklif edib.
Liderin səfərindən sonra fabrik həmin dizaynda uşaq corablarını satışa çıxarıb.
Bizim.Media







































































































