D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

Hazırda oxunan: D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

612790

D vitamininin uzunmüddətli çatışmazlığı böyüklərdə sınıq riskini və osteoporozun inkişaf ehtimalını artırır.

Bizim.Media xəbər verir ki, bu barədə "Hemotest" laboratoriyasının ekspert-həkimi Olqa Ulankina “NEWS.ru”ya bildirib.

Onun sözlərinə görə, bu problem həmçinin yaşlı insanlarda koordinasiyanın pozulması səbəbindən yıxılma ehtimalını da çoxaldır.

"D vitamininin əsas funksiyası kalsiumun mənimsənilməsi və sümüklərin möhkəmliyinin qorunması ilə bağlıdır. Əgər orqanizmdə bu element uzun müddət çatışmazsa, sümük toxumasının sıxlığı tədricən azalır. Böyüklərdə bu, osteoporoz və sınıq riskini artırır, yaşlılarda isə əzələ gücünün və hərəkət koordinasiyasının zəifləməsi səbəbindən yıxılma ehtimalını daha da yüksəldir", — deyə Ulankina bildirib.
 

O qeyd edib ki, D vitamininin uzunmüddətli defisiti həmçinin immun sistemi ilə bağlı problemlərə də yol aça bilər. Həkimin sözlərinə görə, bu elementin aşağı səviyyədə olması ilə infeksiyalara qarşı həssaslığın artması arasında birbaşa əlaqə var.


"D vitamini çatışmazlığı insanın immun sisteminin fəaliyyətinə də təsir edə bilər. Bəzi araşdırmalar bu elementin azlığını infeksiyalara və xroniki iltihab proseslərinə qarşı daha yüksək həssaslıqla əlaqələndirir. Bundan əlavə, onun ürək-damar sisteminə və maddələr mübadiləsinə mümkün təsiri də müzakirə olunur.

Çətini ondadır ki, D vitamini çatışmazlığının simptomları qeyri-spesifikdir. Yuxululuq, halsızlıq və enerjinin azalması digər vəziyyətlərdə, məsələn, anemiya, xroniki stress və ya qalxanabənzər vəzin işinin pozulması zamanı da yarana bilər", — deyə Ulankina fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin