"Biz müharibə başlamazdan əvvəl olduğu kimi, bütün gəmilər üçün azad keçid görmək istəyirik".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, əksəriyyətin istədiyi bir şeydir.
"Müharibədən əvvəl mövcud olan status-kvo hamını qane edirdi. Buna görə də, ölkələrin mütləq əksəriyyəti tərəfindən qəbul edilməyə biləcək yeni tənzimləmə qaydalarının tətbiqi yeni münaqişə mənbəyinə çevrilə bilər ki, biz də buna yol vermək istəmirik", – deyə Fidan qeyd edib.
O, İran və ABŞ-ı yalnız bu iki ölkəyə deyil, bütün dünyaya təsir edən bu problemin real həllini tapmağa çağırıb.
"Düşünürəm ki, hazırda hər iki tərəfdə müharibəni dayandırmaq üçün kifayət qədər iradə var. Müharibə eskalasiyaya (gərginliyin artmasına) meyillidir, o, gələcək faciələrə və dramlara, həmçinin həm dünya iqtisadiyyatı, həm də regional sabitlik üçün mənfi nəticələrə yol açır. Ümumilikdə hesab edirik ki, hər iki tərəf daimi nizamlanmaya nail ola bilər", - deyə Fidan əlavə edib.
Bizim.Media






































































































