"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Hazırda oxunan: "Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

612787

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstan KİV-ləri məlumat yayıb.

Olimpiya stadionunun qonaqları təxminən 80 min nəfər olub, şəhərin daha 10 minə yaxın sakini və qonağı isə meydançanın ətrafına toplaşıb.

Afina Geodinamika İnstitutunun məlumatına görə, "Metallica"nın musiqisi və tamaşaçıların rəqsləri mikroseysmik titrəmələrə səbəb olub.
 

Xəbərdə qeyd olunub ki, 2025-ci ilin may ayında "Metallica"nın Bleksberqdəki (Virciniya ştatı, ABŞ) konserti də zəlzələyə səbəb olmuşdu. "Enter Sandman" mahnısının giriş hissəsi ifa olunarkən 60 min konsert iştirakçısı aktiv şəkildə tullanmağa başlayıb ki, bu da zəlzələ ilə nəticələnib.


Bunu Virciniya Texnologiya Seysmoloji Rəsədxanası (VTSO) da təsdiqləyib. Belə ki, yeraltı təkanların zirvə nöqtəsi "Enter Sandman" mahnısının başlandığı vaxtla üst-üstə düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin