Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Hazırda oxunan: Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

612788

Həqiqi sülh təhqir, hədə-qorxu və qəsb üzərində qurulmur.

Bizim.Media xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında yazıb.
 

"Müharibə, blokada, sanksiyalar və güc təhdidlərində birbaşa iştirak edən tərəf İranın cavabını rədd edir", - o bildirib və əlavə edib ki, əsas problem sülh yox, təhdid və təzyiq vasitəsilə siyasi iradənin qəbul etdirilməsidir.


"İran aydın prinsipləri vurğulayır: müharibənin daimi dayandırılması və onun təkrarının qarşısının alınması, dəymiş zərərin kompensasiyası, blokadanın aradan qaldırılması, qanunsuz sanksiyaların ləğvi və İranın hüquqlarına hörmət. Bunlar maksimalist tələblər deyil. Bu, qeyri-qanuni güc tətbiqi ilə başlamış böhrana son qoymaq üçün hər hansı ciddi, davamlı və BMT Nizamnaməsinə uyğun sazişin minimumudur", - o qeyd edib.

İran xarici işlər nazirinin müavini əlavə edib ki, atəşkəsdən danışıb blokadanı davam etdirmək olmaz.

"Bu, diplomatik ritorika pərdəsi altında məcburetmə siyasətinin davamıdır", - Qəribabadi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin