“Yelo” kartları ilə bəzi ölkələrdə və platformalarda aparılan əməliyyatlarda məhdudiyyət tətbiq olunub.
Bizim.Media "unikal.az”a istinadən xəbər verir ki, mayın 11-dən etibarən “Mastercard” kartlarında ölkə xaricində bütün fiziki, təmassız və onlayn əməliyyatlar, onlayn ödənişlər müvəqqəti olaraq dayandırılıb.
Bu gündən etibarən isə Visa kartlarında Avropa ölkələrində və Avropa bankları üzərindən işləyən onlayn platformalarda bütün növ əməliyyatlar dayandırılır.
Məhdudiyyət olacaq ölkələrə daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Lixtenşteyn, İslandiya, Norveç Macarıstan, Malta, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və Yunanıstan.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
00:55 / 13.05.2026
“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI
Hazırda oxunan: “Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI
Hazırda oxunan: “Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI
612801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































