Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının 4-cü mərhələsi keçiriləcək

Hazırda oxunan: Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının 4-cü mərhələsi keçiriləcək

612821

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, dördüncü mərhələ 152,7 kilometr məsafəni əhatə edəcək.

Gəncədə start götürəcək mərhələ Naftalanda yekunlaşacaq.
 

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa bütün rəqiblərini qabaqlayıb.


Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin