İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

612791

İspaniya ABŞ-dakı qeyri-sabitlik fonunda vahid AB ordusunun yaradılmasına çağırıb.

Bizim.Media “Politico” nəşrinə istinadla xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bəyanat yayıb. 

O qeyd edib ki, Aİ ölkələri hər səhər ABŞ-ın növbəti addımının nə olacağı barədə düşünərək oyanmamalıdırlar.

Albaresin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə Avropanın strateji muxtariyyəti üçün müəyyənedici məqama çevrilib.
 

"Biz asılılıqdan azad olmalıyıq. Asılılıqdan azad olmaq həm tariflər, həm də hərbi təhdid formasındakı məcburiyyətdən azad olmaq deməkdir. Həmçinin başqalarının qərarlarının nəticələrindən azad olmaq deməkdir", — deyə nazir bildirib.


O əlavə edib ki, Aİ-nin vahid ordusunun yaradılması NATO-nun nüfuzunu sarsıtmaq cəhdi kimi qiymətləndirilməməlidir.

Nəşrin məlumatına görə, bu təşəbbüs Avropa İttifaqının daha böyük müstəqilliyinə, o cümlədən Vaşinqtonun getdikcə daha aktiv şəkildə təzyiq rıçaqı kimi istifadə etdiyi ABŞ rəqəmsal xidmətlərindən asılılığın aradan qaldırılmasına yönəlib. 

Həmçinin bildirilib ki, Brüssel və Aİ ölkələri 2030-cu ilə qədər müdafiə sahəsinə ümumilikdə 943 milyard dollar vəsait ayırmağı planlaşdırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin