Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Butembo şəhərində hakim UDPS partiyasının nümayəndəsi Mari-Selesten Karondva əhalini Ebola virusuna qarşı profilaktik qaydalara riayət etməyə çağırdıqdan sonra qətlə yetirilib.
Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, siyasi xadimin radiodakı çıxışından sonra evi qarət edilib, yandırılıb və özü amansızcasına döyülüb.
Karondva aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib. Partiya onun "Ebola virusunun mövcudluğunu" müdafiə etdiyi üçün cinayətin "günahsız qurbanı" olduğunu bəyan edib.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Africa CDC) yaydığı məlumata görə, ölkədə Ebolaya yoluxanların sayısı artıq 8 min nəfəri keçib (8067 hal). Onlardan 3901-i ölümlə nəticələnib ki, bu da 48%-dən çox ölüm göstəricisi deməkdir. Mütəxəssislər bunun tarixdə ən sürətlə yayılan Ebola epidemiyası olduğunu vurğulayırlar.
Bizim.Media
































































































