Ərdoğandan xanım müavini ilə bağlı xəbərlərə SƏRT CAVAB

Hazırda oxunan: Ərdoğandan xanım müavini ilə bağlı xəbərlərə SƏRT CAVAB

639306

"Heç kim bizi başqaları ilə qarışdırmasın. Heç kim bizi milyardlarla lirəlik korrupsiya hallarını müdafiə etmək üçün meydan-meydan, şəhər-şəhər gəzənlərlə müqayisə etməsin. Biz onlara bənzəmirik. Bizim qırmızı xəttimiz əziz millətimizdir. Söhbət millətimizdən gedəndə mövqeyimiz bəllidir. Biz nə haqq yeyərik, nə də vətəndaşın haqqının tapdalanmasına göz yumarıq”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı yayılan məlumatlara şərhində deyib.

“Heç vaxt başqaları kimi haqq yeyənləri müdafiə etmək yoluna getmərik. Aramızdakı fərq məhz budur. Söhbət insanımızın rahatlığından, 86 milyon insanın iqtisadi təhlükəsizliyindən, rifahından və inkişafından gedirsə, bu məsələdə zərrə qədər tərəddüd göstərmərik", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin hakim AK Partiyasının keçmiş sədr müavini və keçmiş nazir Fatma Betül Sayan Kaya və həyat yoldaşı maliyyə bazarlarında (birjada) manipulyasiya və qanunsuz fond əməliyyatları etməkdə ittiham olunurlar.

İddialara görə, cütlük daxili məlumatlardan istifadə edərək (insider trading) birjada 163 milyon lirəlik investisiya qarşılığında 2 milyard lirədən çox gəlir əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin