Qazi aşpazın ölüm səbəbi açıqlandı

Hazırda oxunan: Qazi aşpazın ölüm səbəbi açıqlandı

639350

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib.
 

Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırması nəticəsində qol nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.


Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərib və 2 ay əvvəl Vətənə qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin