Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Hazırda oxunan: Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

639371

Cari ilin ötən dövründə qeyri-sabit hava şəraiti və intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərində və həyətyanı sahələrdə subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən operativ şəkildə təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qeyd olunan müddətdə 38 nəfərə müvafiq kömək göstərilib.

Akşin Əlili bildirib ki, 2025-ci ilin analoji dövründə bu rəqəmlər müvafiq olaraq 170 və 9 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin