Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Hazırda oxunan: Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

639363

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 9 min şəxsi 376 min reabilitasiya vasitəsi ilə təmin edib.

ƏƏSMN-dən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan reabilitasiya vasitələrindən 1599-u təkərli oturacaq (o cümlədən 27-si mühərrikli təkərli oturacaq), 1230-u aşağı və yuxarı ətraf protezi, 1896-sı əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

"Həmçinin əlilliyi olan şəxslərə 5385 cüt protez və ortopedik ayaqqabı, 1413 eşitmə aparatı, 152 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub",- məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin