"The New York Times Games" bölməsinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsi (Jonathan McKinsey) Kaliforniyadakı idman kompleksinin dayanacağında güllələnərək qətlə yetirilib. Qətl şübhəsi ilə onun həyat yoldaşının valideynləri saxlanılıb.
Bizim.Media "Fox News" telekanalına istinadən xəbər verir ki, hadisə sentyabrın 26-da Dablin şəhərindəki "Dublin Sports Grounds" idman kompleksinin dayanacağında baş verib.
Şahidlərin ifadəsi əsasında polis yaxınlıqda Makkinsinin qayınatası və qayınanası olan 77 yaşlı Şoyun Çjan (Shouyun Zhang) və Şili Çeni (Shili Chen) saxlayıb.
Nəşrin araşdırdığı məhkəmə sənədlərinə görə, 40 yaşlı Makkinsi ilə həyat yoldaşı arasında son bir il ərzində ciddi məhkəmə çəkişmələri yaşanıb. Tərəflər bir-birinə qarşı uzaqlaşdırma tələb ediblər, 2025-ci ilin dekabrında isə Makkinsi boşanma davası açaraq övlad qəyyumluğu uğrunda mübarizə aparıb.
"The New York Times" nümayəndəsi Makkinsinin 2023-cü ildən şirkətdə çalışdığını və "Games" bölməsinin mühəndislik istiqamətinə rəhbərlik etdiyini təsdiqləyib. O, bundan əvvəl "Oracle", "Hewlett Packard Enterprise" və NASA-nın Reaktiv Hərəkət Laboratoriyasında (JPL) çalışıb. Polis cinayətin dəqiq motivini hələ ki açıqlamır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:07 / 29.09.2026
Boşanmağına bir həftə qalmış öldürüldü - Qayınata və qayınanası saxlanıldı
Hazırda oxunan: Boşanmağına bir həftə qalmış öldürüldü - Qayınata və qayınanası saxlanıldı
Hazırda oxunan: Boşanmağına bir həftə qalmış öldürüldü - Qayınata və qayınanası saxlanıldı
639322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































