Bu il sentyabrın 15-dək qeyri-çimərlik ərazilərində FHN-in xilasetmə qurumları tərəfindən ümumilikdə 64 nəfərin meyiti suda tapılaraq çıxarılıb.
Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, qeyd edilən rəqəm ötən ilin analoji dövründə 85 olub, bu isə təxminən 25 faiz azalma deməkdir.
Məlumata görə, çimərlik mövsümü ərzində FHN-in nəzarət etdiyi ərazilərdə ölüm faktı qeydə alınmayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:20 / 29.09.2026
Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub
Hazırda oxunan: Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub
Hazırda oxunan: Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub
639357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































