İnfantino Hövsana gəldi

Hazırda oxunan: İnfantino Hövsana gəldi

639361

FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. Onun səfəri elan edilmədən, gizlicə reallaşıb.

Bizim.Media xəbər verir ki, səfərin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15 dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır. Bu gün ilk olaraq Hövsanda inşa olunan meydançalara baxış keçirilib.
 

İnfantino bu məqsədlə qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. FIFA prezidentini təxminən iki aya görülən işlər təəccübləndirib.


Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq.

Hövsanda İnfantinonu AFFA rəsmiləri müşayiət ediblər. (Futbolinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin