Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Hazırda oxunan: Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

639347

ABŞ-ın Tennessi ştatında 1995-ci ildə sinif yoldaşını qətlə yetirməkdə təqsirli bilinən 50 yaşlı Krista Paykın ölüm hökmünün sentyabrın 30-da icra olunması planlaşdırılır. 

Bizim.Media "The Guardian" nəşrinə istinadla xəbər verir ki, ABŞ Ali Məhkəməsi qərarın icrasını dayandırmazsa, Krista Payk son 200 ildə Tennessi ştatında edam edilən ilk qadın olacaq.
 

Qeyd edək ki, cinayət 1995-ci ildə, Paykın 18 yaşı olarkən törədilib. O, həmin vaxt 17 yaşı olan sevgilisi ilə birlikdə 19 yaşlı Kollin Slemmeri qətlə yetirib. Hadisə cinayətin amansızlığı, iştirakçıların gənc yaşı və qurbanın bədəninə okkultik simvolun həkk olunması səbəbindən böyük rezonans doğurub.


1996-cı ildə məhkəmə Paykı xüsusi amansızlıqla törədilmiş qətldə günahkar bilərək ölüm hökmünə məkum edib. Bu qərarla o, müasir ABŞ tarixində ölüm cəzası alan ən gənc qadın olub.

Birləşmiş Ştatlarda qadın məhkumlar üçün ölüm hökmünün icrası nadir hallarda baş verir. 2021-ci ildə federal hökumət tərəfindən Liza Montqomerinin edam edilməsi son 70 ildə ilk belə hal kimi qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin