Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 107 ünvanında yaşayan sakinlər ərazidə fəaliyyət göstərən "Elit Pub" adlı obyektin səs-küy yaratmasından narazıdırlar.
Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, sakinlər xüsusilə gecə saatlarında buradan gələn yüksək musiqi səsinin onların istirahətinə mane olduğunu deyirlər.
Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
"Elə bil, diskoteka evin içərisindədir. Ömrüm burada keçib. Bu yaşımda evimdən didərgin düşməliyəm?!", - deyə sakin narazılığını dilə gətirib.
Vətəndaşların iddiasına görə, bəzi günlərdə obyektdəki yüksək səs gecə saat 3-4-ə qədər davam edir.
"Gecə saat 4-də aşağı düşüb saatı göstərmişəm. Demişəm ki, burada nə bazar açmısınız?! Ad günü, məclis adı ilə üzr istəyiblər", - deyə şikayətçi bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
07:29 / 29.09.2026
Bakıda gecə saat 4-də diskoteka: Sakinlər narazıdırlar - VİDEO
Hazırda oxunan: Bakıda gecə saat 4-də diskoteka: Sakinlər narazıdırlar - VİDEO
Hazırda oxunan: Bakıda gecə saat 4-də diskoteka: Sakinlər narazıdırlar - VİDEO
639309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































