Xəbər verdiyimiz kimi 79-cu “Venesiya Film Festivalı” start götürüb.
Bizim.Media xəbər verir ki, dünyaca məşhur ulduzların axın etdiyi festivala italyanların “bir könüldən min könülə” aşiq olduqları türkiyəli aktyor Can Yaman da qatılıb.
Canın qırmızı xalıya çıxması onu anbaan gözdən kənarda qoymayan paparasiləri, eyni zamanda xanım tamaşaçıları cuşa gətirib. Aktyor ona olan diqqətə qarşılıq verərək, hər kəsə təşəkkürünü bildirib.
Diqqət çəkən məqamlardan biri isə C.Yamanın dünyaca məşhur model Mariano Di Vaio və onun həyat yoldaşı Eleonora Brunacci Di Vaio görüşməsi olub.
Can Di Vaio ailəsi ilə yaxından tanış olduqdan sonra, onlarla xatirə fotosu çəkdirib.
Həmin fotoları isə Candan fərqli olaraq Mariano sosial şəbəkə hesabında paylaşıb.
Rəşad Əliyev, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:22 / 05.09.2022
Can dünya şöhrətli Mariano Di Vaio ilə BİR ARADA - FOTO/VİDEO
Hazırda oxunan: Can dünya şöhrətli Mariano Di Vaio ilə BİR ARADA - FOTO/VİDEO
Hazırda oxunan: Can dünya şöhrətli Mariano Di Vaio ilə BİR ARADA - FOTO/VİDEO
92124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































