Saakaşvilinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsinin həyətinə toplaşdı - VİDEO

Hazırda oxunan: Saakaşvilinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsinin həyətinə toplaşdı - VİDEO

48146

Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bu gün səhər tezdən Tbilisi Şəhər Məhkəməsinə gətirilib. Saat 11:00-da müxalifətin 2007-ci ildə keçirilən mitinqinin dağıdılması və eks-prezidentin ittiham olunduğu “İmedi” telekanalına hücumla bağlı məhkəmə prosesi başlamalıdır.

Bizim.Media “Sputnik Gürcüstan” nəşrinə istinadən xəbər verir ki, Gürcüstanın eks-prezidentinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsinin həyətinə toplaşıblar.

Məqsədləri etiraz aksiyası keçirməkdir. Hazırda binanın qarşısında polislər səfərbər olunub, əraziyə su şırnaqları gətirilib.

Penitensiar Xidmət Saakaşvilinin məhkəmədə iştirak edəcəyini təsdiqləyib. 

Bizim.Media

 



Saakaşvilinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsinin həyətinə toplaşdı - VİDEO - foto 1
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin