İspaniyada vəziyyət gərginləşdi: son 14 ilin ilk ümumi tətili elan edildi - Video

Hazırda oxunan: İspaniyada vəziyyət gərginləşdi: son 14 ilin ilk ümumi tətili elan edildi - Video

647238

İspaniyada mənzil və kirayə qiymətlərinin kəskin artmasına etiraz olaraq kütləvi aksiyalar keçirilir. Ölkədə son 14 ildə ilk dəfə ümumi tətil elan edilib.

Bizim.Media xəbər verir ki, etirazçılar yolları bağlayır, avtomobil şinlərini yandırır və dəmiryol vağzallarının fəaliyyətinə mane olurlar.

Etirazlar səbəbindən 234 aviareys ləğv edilib, azı 26 nəfər saxlanılıb.

Son 10 ildə İspaniyada mənzil kirayəsi 80%, daşınmaz əmlakın qiyməti isə 63% artıb. Aksiya iştirakçıları qiymətlərin dondurulmasını, qısamüddətli kirayə bazarına məhdudiyyətlərin tətbiqini və kirayəçilərin evdən çıxarılmasına qarşı müdafiənin gücləndirilməsini tələb edirlər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin