Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Hazırda oxunan: Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

623465

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın növbəti irimiqyaslı hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatlarının olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bu addımın konkret vaxt seçiminə diqqət çəkib:

"Kəşfiyyatın məlumatına görə, ruslar yeni kütləvi zərbə endirməyə hazırlaşırlar. Bu, Putinin üslubuna uyğundur – Amerikanın Müstəqillik Günündən dərhal sonra və Ankarada keçiriləcək NATO sammiti ərəfəsində".

Zelenski vətəndaşları hava həyəcanı siqnallarına qarşı diqqətli olmağa çağırıb.
 

O, həmçinin Qərb tərəfdaşlarına müraciət edərək, hava hücumundan müdafiə (HHM) sistemləri, xüsusən "Patriot" raketlərinin tədarükündəki gecikmələrin insan tələfatına səbəb olduğunu xatırladıb:


"Dünyada kifayət qədər və keyfiyyətli HHM vasitələri mövcuddur. Ukraynada həyatın real qorunması üçün sizin qərarlarınız lazımdır. İlk növbədə, bu, Amerikanın, Avropanın və dünyanın güclü dövlətlərinin qərarıdır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin