Novxanıda hotel yanır - VİDEO

Hazırda oxunan: Novxanıda hotel yanır - VİDEO

614206

Novxanı qəsəbəsində yerləşən məşhur "AF Hotel" istirahət mərkəzində güclü yanğın başlayıb.
Hadisənin miqyası getdikcə genişlənir və alov kompleksi bürüməkdədir.

Bizim.Media xəbər verir ki, ətrafda yaşayan sakinlərin sözlərinə görə, hotelin ərazisindən qəfil qara tüstü dumanı ucalmağa başlayıb və qısa müddətdə alov bütün binanı bürüyüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hazırda alovun söndürülməsi və yaxınlıqdakı tikililərə keçməsinin qarşısının alınması istiqamətində operativ tədbirlər davam etdirilir. Xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur. (nocomment.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin