İnsanlar bu həbsxanaya düşmək üçün “tonla pul” ödəyir...

Hazırda oxunan: İnsanlar bu həbsxanaya düşmək üçün “tonla pul” ödəyir...

248697

Cənubi Koreyanın Hongcheon şəhərində “İçimdəki həbsxana” adlı “cəzaçəkmə müəssisəsi” bütün dünyada böyük marağa səbəb olub.xa0

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu həbsxananı dünyadakı digər həbsxanalardan fərqləndirən başlıca cəhət insanların sözügedən “cəzaçəkmə müəssisi”nə daxil olmaq üçün kifayət qədər böyük vəsaitlər ödəməsidir.

Belə ki, əsasən ağır ofis ortamlarında çalışan və tələbəlik həyatının stressindən əziyyət çəkən insanların bir çoxu müvəqqəti də olsa günlük həyatın ağırlıqlarından yaxa qurtarmaq, özlərini fərqli və daha rahat ortamda hiss etmək üçün bu həbsxanaya müraciət edir. 2013-cü ildən fəaliyyət göstərən həbsxanada bu günə qədər 2 min “məhkum”un çəza çəkdiyi bildirilir.

Kifayət qədər sərt qanunların hakim olduğu həbsxananın məhkumları mavi rəngdə paltar geyir, bir sıra qadağalara əməl etməli olurlar. Məhkumların bir-birləri ilə danışması, saat, mobil telefon işlətməsi qadağandır.

Həbsxanada cəza çəkməyin qiyməti kifayət qədər bahadır. Belə ki, sadəcə 24 gün qapalı şəraitdə, dəmir barmaqlıqlar arxasında qalmaq üçün 90 dollar tələb olunur. “Məhkumlar”ın sözlərinə görə, bu həbsxana onlara özlərini daha azad hiss etdirməkdə kömək edir.

xa0

Seymur ƏLİYEV

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin