Quba rayonunun Pirvahid kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 2 qadın, 1 azyaşlı) avqustun 6-da saat 09:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qabırğa sınıqları, baş beyin silkələnməsi, açıq kəllə-beyin travması və komatoz vəziyyət diaqnozları qoyulub.
1973-cü il təvəllüdlü kişi və 2021-ci il təvəllüdlü azyaşlının müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır qiymətləndirilir.
Digər 3 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:17 / 06.08.2026
Qubada baş verən ağır qəza ilə bağlı xəstəxanadan AÇIQLAMA
Hazırda oxunan: Qubada baş verən ağır qəza ilə bağlı xəstəxanadan AÇIQLAMA
Hazırda oxunan: Qubada baş verən ağır qəza ilə bağlı xəstəxanadan AÇIQLAMA
629657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































