Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI

Hazırda oxunan: Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI

629654

2025-ci ilin tələbə qəbulu üzrə nəticələrə əsasən, özəl ali təhsil müəssisələrində qəbul planının 91,34 faizi dolub.

Bizim.Media xəbər verir ki, bu, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb. 

Məlumata görə, özəl ali təhsil müəssisələri üzrə ümumilikdə 10 317 plan yeri ayrılıb. Həmin yerlərin 9 424-nə qəbul aparılıb ki, bu da qəbul planının 91,34 faizinin dolduğunu göstərir.

Qəbul olunanlardan 8 588 nəfər Azərbaycan, 836 nəfər isə rus bölməsində təhsil alacaq. Onlardan 2 208 nəfəri dövlət sifarişi əsasında qəbul olunub.

İxtisas qrupları üzrə I qrupda 1 749 plan yerinə 1 546 nəfər qəbul olunub və qəbulolma faizi 88,39 təşkil edib. II qrupda 4 090 plan yerindən 3 588-i dolub, qəbulolma faizi 87,73 olub. III qrupda 3 693 plan yerindən 3 589-u tutulub və bununla da ən yüksək göstərici – 97,18 faiz qeydə alınıb. IV qrupda 575 plan yerinə 513 nəfər qəbul olunub ki, bu da 89,22 faizə bərabərdir.

V qrupda isə 210 plan yerindən 188-i dolub və qəbulolma faizi 89,52 təşkil edib.

Statistikaya əsasən, subbakalavrlar üzrə ümumilikdə 1 540 nəfər qəbul olunub. Bu kateqoriya üzrə qəbul planının dolma faizi 14,93 təşkil edib.

Abituriyentlər üzrə isə 10 317 plan yerindən 7 884-nə qəbul aparılıb və qəbul planının 76,42 faizi dolub. Onlardan 7 152 nəfər Azərbaycan, 732 nəfər isə rus bölməsində təhsil alacaq. Dövlət sifarişi əsasında qəbul olunan abituriyentlərin sayı isə 2 153 nəfər olub. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin