“Çox nahaq yerə özün üçün yaşayırsan”

Hazırda oxunan: “Çox nahaq yerə özün üçün yaşayırsan”

643157

Müğənni Nadir Qafarzadə ailə qurmaq istəməyən gənclərin yanaşmasını tənqid edib.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "İncə səhər" verilişində danışıb:

"Həyat bir xətt üzərində deyil, enişli-yoxuşludur. Belə şeylərdən qorxmaq lazım deyil. Çox vaxt görürəm ki, gənclər müsahibədə deyir ki, "Niyə evlənim? Özüm üçün yaşayıram".
 

İnsan necə özüm üçün yaşayıram deyə bilər? Çox nahaq yerə özün üçün yaşayırsan. Belə bir qanun yoxdur. Həyatda insan kiməsə və ya nəyəsə görə yaşamalıdır.


Özün üçün də yaşa, amma yadından çıxarma ki, sənə sevgi, stimul verən insanlar var. Allah gözəl ailələrimizi qorusun. Hələ ki, abır-həyalı ailələrimiz qalıb. Allah onları bizə çox görməsin". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin